Daha bir nazir vətəndaşları qəbul edəcək

Daha bir nazir vətəndaşları qəbul edəcək
  02 İyul 2013    Oxunub:1120
Kənd təsərrüfatı naziri İsmət Abasov Qax rayonunda vətəndaşlarla görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir iyul ayının 05-də saat 11:00-da Qax rayonunda vətəndaşlarını qəbul edəcək.

Qeyd edək ki, nazir İsmət Abbasov Qaxla yanaşı, Şəki, Balakən, Zaqatala və Oğuz rayonlarının sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Qax rayonuna gəlmələrinin təşkili Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək.

Nazirin qəbulunda olmaq istəyən vətəndaşlar bu nömrə ilə əlaqə saxlaya bilərlər: (050) 200-55-63

AzVision.az



Teqlər:  





Xəbər lenti