Bu içkiləri istehsal edən müəssisəyə qadağa qoyuldu

Bu içkiləri istehsal edən müəssisəyə qadağa qoyuldu
  01 İyul 2013    Oxunub:1380
Qanun pozuntuları aşkar edilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Yevlax Ərazi İdarəsinin əməkdaşları Göyçay rayonunda limonad sexlərində reyd keçiriblər.

AzVision.az-a Komitədən verilən məlumata görə, rayonun Cəyirli kəndində fəaliyyət göstərən spirtsiz içki istehsal olunan sexə baxış keçirilərkən orada qanun pozuntuları aşkar edilib.

Reyd zamanı tərxun, düşes və limonad istehsal edən müəssisənin uyğunluq və gigiyenik sertifikatlarının, resepturanın olmadığı, ölçü vasitələrinin yoxlamadan keçmədiyi, sanitar normalara əməl edilmədiyi aşkar edilib.

Mütəxəssislərin rəyinə əsasən sexdə texnoloji reqlamentə əməl edilmir və müəssisə limonad istehsalı üçün yararsız sayılır.

Komitənin əməkdaşları sexə iradnamə və tələbnamə yazıb, inzibati protokol tərtib ediblər, istehsala və satışa məhdudiyyət qoyublar.

Reydlər davam etdirilir.



Teqlər:





Xəbər lenti