Prezident Bayraq Meydanında - FOTO
Bayraq Meydanı Heydər Əliyev prospektində, Şirvan şəhərinin giriş hissəsində yerləşir. Meydanın ümumi ərazisi 1,3 hektar, bayraq dirəyinin hündürlüyü 76 metrdir.
Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himninin mətni və dövlət gerbi əks olunmuşdur.
Bildirildi ki, meydan inşa olunarkən burada Azərbaycan memarlıq məktəbinin elementlərindən geniş istifadə edilib. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınmışdır. Burada 6 minə yaxın ağac, müxtəlif növ gül və bəzək kolları əkilib, beş min kvadratmetr sahədə çəmənlik salınıb, mərmər plitələr döşənib, müasir oturacaqlar qoyulub, işıqlandırma sistemi quraşdırılıb.
Şirvan Bayraq Meydanında şəhər sakinlərinin istirahəti üçün hər
cür şərait vardır.
Dövlətimizin başçısı Bayraq Meydanında yaradılmış şəraiti yüksək qiymətləndirdi.
AzVision.az
Teqlər: