Elmar Məmmədyarov: "Status-kvo qəbul edilməzdir"

Elmar Məmmədyarov: "Status-kvo qəbul edilməzdir"
  01 İyul 2013    Oxunub:1280
Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardini ilə görüşüb.
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Avropa ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, həmçinin iki ölkə arasında münasibətlərin əhəmiyyəti qeyd olunub.

E.Məmmədyarov isveçrəli rəsminin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini vurğulayıb.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında qarşı tərəfə məlumat verən nazir Azərbaycan tərəfinin Sülh Sazişi üzərində çalışmağa hazır olduğunu bildirib. O deyib ki, status-kvo qəbul edilməzdir. Münaqişənin həlli üçün Ermənistan tərəfi siyasi iradə nümayiş etdirməlidir.

F.Lombardini Azərbaycan qazının Avropaya Transadriatik qaz kəməri vasitəsi ilə nəqli qərarını tarixi hadisə adlandırlb.




Teqlər:





Xəbər lenti