"Bu il təqaüdlərdə 15-20 faiz artım olacaq"

"Bu il təqaüdlərdə 15-20 faiz artım olacaq"
  01 İyul 2013    Oxunub:1101
"Azərbaycanın dövlət başçısı iyul-avqust aylarında əmək haqqının və pensiyanın artırılması məsələsinə yenidən baxacaq və artım haqqında müvafiq qərar verəcək".
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov deyib.

O qeyd edib ki, dövlət büdcəsi təsdiq olunanda həm təqaüdlərin, həm əmək haqqının, həm də dövlət büdcəsindən maliyələşən təşkilatlarda çalışan insanların əmək haqqının artırılması üçün vəsait nəzərdə tutulub:

"Bu il təqaüdlərdə 15-20 faiz artım olacaq. Bu yaxınlarda hərbi qulluqçuların da əmək haqqı 10 faiz artırılıb. Bu, o qədər də böyük məbləğ deyil. Nəzərə almaq lazımdır ki, dünyada gedən qlobal maliyyə böhranının artıq ikinci fazası başlayıb. Amma Azərbaycanın uğurlu inkişafı imkan yaradacaq ki, aşağı təbəqəyə aid olan insanların əmmək haqqı və təqaüdləri artırılsın".





Teqlər:  





Xəbər lenti