Sabahdan dönərxanalarda yoxlamalar başlanılacaq

Sabahdan dönərxanalarda  yoxlamalar başlanılacaq
  01 İyul 2013    Oxunub:1345
“Dönər alan hər bir şəxs sertifikat tələb etməlidir”
“Həmin şəxslər böyük məsuliyyət daşıyırlar. Əgər bu hal təsdiqini tapsa, müvafiq orqanlara müraciət olunacaq”.

Bu sözləri AzVision.az-a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev Bakının Müşfiqabad qəsəbəsində dönərxanalara və iaşə obyektlərində əhaliyə satış məqsədilə gətirilən at və eşşək ətinin aşkarlanmasına münasibət bildirərkən deyib.

Şöbə rəhbəri qeyd edib ki, dönərxanalarada sabahdan yoxlamalar başlanılacaq: “Dönərin hazırlanması üçün konkret sənədlərlə müəyyən edilmiş ət növləri var. Bunlar, dana, mal, qoyun və toyuq ətidir. Sahibkar istifadəsi yolverilməyən ətdən istifadə edibsə, təbii ki, burada sahibkarlıq haqqında qanun pozulub”

İ. Abdullayevin sözlərinə görə, dönərxanalara baxış keçirilməsi artıq gündəlikdədir: “ Qısa bir zamanda məsələ ilə bağlı göstəriş veriləcək. Ətin mənşəyi və digər gigiyenik qaydaların hamısını müəyyənləşdirəcəyik. Şəraiti olmayan yerlərdə dönər satışını qadağan edəcəyik. Dönər alan hər bir şəxs dönərin sertifikatını tələb etməlidir. Dönərxanalara nəzarət edən azdır, biz dayanıb gözləyə bilmərik ki, dönərçi hardan ət alacaq. Bu, düzgün deyil. Ona görə də dönər alan şəxslər dönər aldığı yerin şəraitinə baxmalıdırlar. Bu hallara qarşı tədbrilərin aparılması üçün müvafiq orqanlara müraciət olunacaq. Sabahdan dönərxanalarda yoxlamaların aparılması üçün göstəriş verəcəyik”-deyə söbə rəhbəri bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti