Rövnəq Abdullayev əsgərlərlə görüşüb

Rövnəq Abdullayev əsgərlərlə görüşüb
  01 İyul 2013    Oxunub:1377
Lerikin ən ucqar dörd kəndi qazlaşdırılıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Lerik rayonunun Hiveri, Qosmalian, Nuravud və Zərdəbərə kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Şirkətin və “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin nümayəndələri, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, ictimaiyyət təmsilçiləri, kənd ağsaqqları iştirak ediblər.

Açılış mərasimindən geri dönən zaman Rövnəq Abdullayev İranla sərhəddə yerləşən zastavada postda olan zabit və əsgərlərimizlə hal-əhval tutub, səmimi söhbət edib və xatirə şəkilləri çəkdirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti