İki balıqçı xilas edilib

İki balıqçı xilas edilib
  29 İyun 2013    Oxunub:1160
Xəzər dənizinin Azərbaycan sahilində iki balıqçı batma təhlükəsi ilə üzləşib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Sularda Xilasetmə Xidmətinə Xaçmaz rayonunda (“Seyidli” sularda xilasetmə postundan təxminən 5 km məsafədə nəzarət olunmayan ərazidə) 2 nəfər balıqçı qayığın mühərrikinin xarab olması səbəbindən dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub, vətəndaşları xilas edərək qayığı sahilə çıxarıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti