Azərbaycana qarşı müharibə Beynəlxalq İctimaiyyətə qarşı müharibədir

Azərbaycana qarşı müharibə Beynəlxalq İctimaiyyətə qarşı müharibədir
  29 İyun 2013    Oxunub:1101
`Ermənistan Azərbaycanı müharibə ilə hədələməklə regionda öz maraqlarını qoruyub saxlamağa çalışan beynəlxalq ictimaiyyəti özünə düşmən edəcək`.

“Son zamanlar Ermənistan tərəfinin hərbi gücünü artması ilə əlaqədar regionda hərbi balans pozulduğundan rəsmi Moskva balansı qoruyub-saxlamaq məqsədilə Azərbaycana silah satıb”. Bu barədə İA Regnum Rusiya Strateji Araşdırmalar İnstitutunun hərbi elmlər doktoru Vladimir Zaxarovun Yerevanda səsləndirdiyi bəyanata istinadən yazır. Zaxarov Azərbaycana silah satışının komerrsiya maraqları ilə yanaşı pariteti qoruyub saxlamaq məqsədi daşıdığını bildirib: ”Unutmayın Azərbaycana silah satışı, Ermənistada “İskander-M” yerləşdirildiyi elan ediləndən sonra baş tutub”.

Zaxarov həmçinin qondarma Qarabağ rəhbərlərinə səsələnərək onları Azərbaycanla qol güləşdirmək əvəzinə, beynəlxalq ictimaiyyətdə öz mövqeyi uğrunda mübarizə aparmağa çağırıb. “Tanınmamaış Qarabağ Respublikası hərbi əməliyyatlar bərpa olunarsa, Azərbaycanın nəqliyyat infrastrukturunu sıradan çıxara biləcəyini bəyan etməklə hərbi ritorika ilə məşğul olmamalıdır. Azərbaycanı rəsmi səviyyədə şantaj etmək Stepanakertin özünə ziyan vuracaq, olduqca ağır fəsadlarla üzləşəcək.

Bu təhlükəli taktikadır. Qarabağ müharibəsi başlayarsa Bakının bütün neft-qaz infrastrukturu sıradan çıxa bilər. Bu isə Azərbaycanın neftində və qazında marağı olan beynəlxalq ictimaiyyətə birbaşa qarşı müharibə deməkdir. Belə bir şəraitdə Qarabağ, regionda öz maraqlarını qoruyub saxlamağa çalışan beynəlxalq ictimaiyyəti özünə düşmən edəcək. Bu günlərdə “Qarabağ” Azərbaycanı müharibə ilə hədələməyə davam edir, lakin heç kim müharibədə maraqlı deyil. Stepanakert yadda saxlasın ki, silahlar atmaq üçün deyil, onlar diplomatiyanı qoruyub saxlamaq üçün bir vasitə olmalıdır. Bunun üçün isə atəş açmağa gərək yoxdur”.

Ermənistan tərfinin adından çıxış edən Qafqaz institutunun direktoru, politoloq Serqey Minasyan isə Ermənistanın Azərbaycanı şantaj etmədiyini və necə deyərlər “hərbə -zorba” gəldiyini bildirib: “ Düşmən nə qədər bilsə ki, rəqibi güclüdür bir o qədər yaxşıdır. Yoxsa Ermənistanın müharibəyə başlamaq kimi niyyəti yoxdur. Lakin qarşı tərəf yenə də müharibənin hər an mümkünlüyünü hiss etməlidir.”

Qeyd edək ki, Rusiyanın Azərbaycana 1 milyard dollara dəyərində hərbi silah-sursat satdığı bildirilir.

Səbinə həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti