Dünya Bankı Azərbaycana pul ayırdı

Dünya Bankı Azərbaycana pul ayırdı
  29 İyun 2013    Oxunub:1048
Dünya Bankı hesabatında bildirib ki, Azərbaycana məişət tullantılarının idarəsi üçün əlavə maliyyə ayırıb.
Dünya Bankı Bakıda bərk məişət tullantılarının idarə edilməsi layihəsi üçün 55,60 milyon dollar əlavə maliyyə vəsaiti ayırıb. Maliyyənin ayrılmasının məqsədi artan tullantıların toplanması və bərk tullantıların idarə edilməsinin təkmilləşdirilməsidir.

Layihə 2016-cı il sentyabrın 30-na kimi tətbiq olunacaq. Həmin maliyyə vasitəsilə Balaxanı sahəsində əlavə görüləcək işlərin tutacağı xərclər də ödəniləcək və layihənin 20 ilədək uzadılması gözlənilir. Əlavə görüləcək işlərə köhnə tullantı sahələrinin tam bərpası və bağlanması, su və filtrləşməyə nəzarət və yeni tullantı sahələrinin yaradılması daxildir.

AzVision.az


Teqlər:  





Xəbər lenti