Doqquzmərtəbədən özünü atmaq istədi

Doqquzmərtəbədən özünü atmaq istədi
  29 İyun 2013    Oxunub:1109
Bakının Nizami rayonunda intihara cəhd olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda, vətəndaş intihara cəhd məqsədi ilə doqquzmərtəbəli yaşayış binasının damına çıxıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyətləri nəticəsində intahara cəhdin qarşısı alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti