Prezident yeni səfirin etimadnaməsini qəbul edib - FOTO

Prezident yeni səfirin etimadnaməsini qəbul edib - FOTO
  28 İyun 2013    Oxunub:1051
İlham Əliyev Səudiyyə Ərəbistanının yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimin etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Musaid bin İbrahim bin Abdullah Əl-Səlim etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Ölkələrimiz və xalqlarımız arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Azərbaycana dost və müttəfiq ölkələrdən biri olduğunu dedi.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında güclü siyasi və mədəni əlaqələrin mövcud olduğunu bildirən Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd etdi.

Dövlətimizin başçısı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləməsinin əhəmiyyətini vurğuladı. Musaid bin İbrahim bin Abdullah Əl-Səlimin ölkəmizdəki diplomatik fəaliyyəti müddətində bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu dedi. Ölkələrimiz arasında siyasi münasibətlərin yaxşı səviyyəsindən razılığını bildirən səfir əlaqələrimizin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.

AzVision.az


Teqlər:





Xəbər lenti