Azərbaycanda seçkiyə o qiymət verəcək

Azərbaycanda seçkiyə o qiymət verəcək
  28 İyun 2013    Oxunub:1004
Azərbaycanda prezident seçkilərini müşahidə edəcək AŞPA müşahidə missiyasına britaniyalı deputat Robert Valter rəhbərlik edəcək.
AŞPA katibliyindən verilən məlumata görə, Missiyanın rəhbəri və 32 nəfərdən ibarət müşahidə qrupu AŞPA Bürosunun bu gün keçirilən iclasında təsdiqlənib.

R. Valter Birləşmiş Krallığın AŞPA-da nümayəndə heyətinin rəhbəri və AŞPA-dakı Avropa Demokrat Qrupunun başçısıdır.

Gürcüstanda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərini izləyəcək AŞPA müşahidə missiyasına isə Andorralı deputat, xanım Meritiksel Mateu Pi (Meritxell Mateu Pi) rəhbərlik edəcək. (apa)


Teqlər:  





Xəbər lenti