Təhsil Nazirliyi və TQDK tələbə qəbulu elan etdi

Təhsil Nazirliyi və TQDK tələbə qəbulu elan etdi
  28 İyun 2013    Oxunub:1348
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Rusiya Xalqlar Dostluğu Universitetinin magistraturasına Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə qəbul elan edir

AzVision.az-a bu barədə TQDK-dan məlumat veriblər. İxtisaslar bunlardır:

050201 Filologiya (HS 020300) ( Rus dili və ədəbiyyatı) və 050213 (HS 160100) Beynəlxalq münasibətlər,
050211(HS 120100) Regionşünaslıq (rus bölməsi) ixtisasları üzrə bakalavr və ya digər ali təhsili olan, orta qiymət balı 4-dən (100 ballı şkalada 70-dən) aşağı olmayan və ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün qəbul imtahanının nəticələrinə görə ümumi balı 75 (ixtisas üzrə 25) və daha çox olan Azərbaycan Respublikası vətəndaşları Rusiya Xalqlar Dostluğu Universitetinin müvafiq

“060201 Filologiya (rus dili üzrə)” (ixtisas kodu 288114, proqram 39, 1 yer) və
“060213 Beynəlxalq münasibətlər” (ixtisas kodu 288122, proqram 47, 1 yer) ixtisaslarını da seçə bilərlər. Ali təhsil müəssisələrinin magistrantları və magistr təhsili olanlar, həmçinin hərbi çağırışdan möhlət hüququ olmayanlar bu seçimdə iştirak hüququna malik deyillər.

Bu ixtisasları seçmiş bakalavrlar (oğlanlar) hərbi çağırışdan möhlət hüququ haqqında sənədi 2013-cü il iyul ayının 1-də saat 9-dan 13-dək TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasına təqdim edib qeydiyyatdan keçməlidirlər (ünvan: Akademik Həsən Əliyev küçəsi, 17).

Rusiya Federasiyası ali təhsil müəssisələrinə qəbul olan bakalavrlar aşağıda göstərilən sənədləri hazırlayacaqlar:

Milli pasport;

RF ali təhsil müəssisələrində təhsil almaq istəyən xarici vətəndaş üçün anket (Anket formasını TQDK-dan əldə etmək olar);
Ali təhsil haqqında sənədin əslini (2013-cü ilin məzunları bakalavr haqqında arayışı);

Tibbi arayış;
QİÇS infeksiyasının olmaması barədə arayış;
Doğum haqqında şəhadətnamənin surəti;
2 ədəd yeni cəkilmiş 3X4 sm ölçüdə fotoşəkil.

Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Lakin qəbul olunacaq Azərbaycan Respublikası vətəndaşlarının yataqxana və digər xərcləri tələbələrin özləri tərəfindən ödənilməlidir. Tələbələr Azərbaycan tərəfindən aylıq təqaüdlə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2010-cu il tarixli, 101 nömrəli qərarı ilə bakalavr, magistratura və ordinatura üzrə təhsil alanlara 150 ABŞ dolları, aspirantura üzrə isə 250 ABŞ dolları müəyyənləşdirilib) və ildə bir dəfə pulsuz gediş-gəlişlə təmin olunurlar. Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin illik tibbi sığortalanması məcburidir.

Qəbul olunanların sənədləri Rusiya tərəfinə çatdırılmaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunacaq.

Azərbaycan Respublikasının vətəndaşları Rusiya Xalqlar Dostluğu Universitetinə qəbul olunduqları təqdirdə 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının vakant yerləri olan ixtisaslaşmalarına əlavə yerləşdirmədə iştirak etmək hüququnu itirəcəklər.



Teqlər:





Xəbər lenti