Şirvan Milli Parkındakı yanğın söndürülüb

Şirvan Milli Parkındakı yanğın söndürülüb
  28 İyun 2013    Oxunub:975
Hazırda Şirvan Milli Parkının yanğına məruz qalmış ərazilərində yenidən alovlanma ehtimalı olan sahələr nəzarətə götürülüb və ETSN-nin əməkdaşları bütün əraziboyu növbə çəkir.
27 iyun 2013-cü il tarixində saat 14:50 radələrində Şirvan Milli Parkı ərazisində baş vermiş yanğın saat 18 radələrində Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və ETSN-nin əməkdaşlarının operativ səyləri nəticəsində söndürülüb.

AzVision.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hazırda Şirvan Milli Parkının yanğına məruz qalmış ərazilərində yenidən alovlanma ehtimalı olan sahələr nəzarətə götürülüb və ETSN-nin əməkdaşları bütün əraziboyu növbə çəkir. Yanğının miqyasının öyrənilməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti