FHN Şirvan Milli Parkındakı yanğın barədə məlumat yayıb

FHN Şirvan Milli Parkındakı yanğın barədə məlumat yayıb
  27 İyun 2013    Oxunub:1149
Yanğın saat 18.00-da məhdudlaşdırılıb, hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Salyan rayonu, Şirvan Milli Parkında yanğın hadisəsi baş verib. AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası ilə birgə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helekopteri cəlb olunub. Aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğın saat 18.00-da məhdudlaşdırılıb, hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti