Cəbhəçi xanım: “Partiyada şərəfsiz oyunlar gedir”
“Məni AXCP-dən didərgin saldılar . Mən təklikdə bir-bir kimsəyə izahat verəsi deyiləm. Bütün olanları FB səhifəmə yazaraq AXCP-ni tərk edirəm, amma o partiyanın dəyərli lideri Əli bəy, Gözəl xanim və yüzlərlə, minlərlə insan bilsin ki, həmişə ürəyim onlarladır və evimin ən qiymətli hədiyyəsi AXCP biletidir. Man, mənə qarşı oynanılan sərəfsizcəsinə oyunlardan AXCP ziyan görməsin deyə məcbur vəziyyətdə partiyanı tərk edirem!
Buradan açıq şəkildə bəyan edirəm: kimsənin önündə başiaşağı qalmayacam. Bankrot vəziyyətinə duşənə qədər işlədiyim adamların hamısına qazancın 20-30 faizini vermişəm.Yəni kimsə deyə bilməz ki, haqqı məndə qalıb, cüzi qalıbsa da, mütləq qaytaracağam!
Yaxud da kimsə mənə nəsə veribsə, borc verib, guya mənə yardımlar gəlirmiş - hamısı yalandır. Şükür, bu gun yenə də ayaqdayam, mən yıxılan adam deyiləm, tezliklə hesablaşacağıq! Bu gün mənə pislik edən adamlar bir gun məndən utanacaq!
Məni ləkələməklə AXCP-ni ləkələmək istəyənlər, bu, sizə qismət olmayacaq, mənsub olduğum partiya ziyan gorməsin deyə gedirəm və bir gun qayıdacağam - güclü halımla. Cox küskünəm, mən buna layiq deyildim. Əlvida, dostlar. Mobil nomrəmi bilirsiniz, əqidəm eyni əqidədir, dəyişməyib. Sağlıqla qalın.
P.S. Əbulfəz Elçibəyin borclarını Türkiyədə yaşayan dostları bağladı”.
Amma o, yazdığı statusdan sonra sosial şəbəkədə növbəti açıqlamasını yaydı:
“Mən heç bir cümlədə AXCP-dən istefa verdim sözünü yazmadım. Mənsub olduğum partiyaya ziyan vurmaq üçün mənə qarşı sərəfsiz oyunlar oynayırlar, mən hələlik uzaqlaşdım yazıram.
Mənsub olduğum partiyanı sevirəm və Əli Kərimli kimi dəyərli bir liderin olduğu partiyadayam!”
Məsələ ilə bağlı partiayanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilovdan münasibət öyrənmək istəsək də, partiya sözçüsü bildirdi ki, AzVision.az saytına heç bir açıqlama verməyəcək.
Ona görə də biz bəzi sualları burada yazmağa məcburuq: Söhbət hansı “şərəfsiz oyunlar”dan gedir? Onlar cəmi 2 saata qurtardımı? Belə anlaşılır ki, söhbət partiyada pul bölgüsündən gedir, bu, doğrudurmu?
Və ayrı vaxt mətbuat azadlığından danışan bir partiya olan AXCP-nin sözçüsü niyə AzVision-a heç bir açıqlama vermək istəmir? Bundan sonra hansısa dövlət qurumunu mətbuata qapalı olmaqda qınamağa haqları çatacaqmı?
Teqlər: