Avtobus oturacağının altından tiryək çıxıb

  27 İyun 2013    Oxunub : 2158
Avtobus oturacağının altından tiryək çıxıb
İran İslam Respublikasının vətəndaşı ölkəmizə narkotik vasitə keçirmək istəyərkən tutulub.
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Khalıfeh Shamasbı Esmaeıl Khalıfehmohammad oğlunun idarə etdiyi “Scania” markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu zaman, xidməti itin reaksiyasına əsasən, avtobusun sərnişin oturacaqlarından birinin alt tərəfindən, oturacaqla oturacağa bərkidilmiş metal dayağın arasından 1 ədəd bükümdə, xalis çəkisi 0,510 qram olan narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: