Beynəlxalq təşkilat Azərbaycanla bağlı məlumat yayıb

Beynəlxalq təşkilat Azərbaycanla bağlı məlumat yayıb
  27 İyun 2013    Oxunub:1662
Ümumdünya Turizm Təşkilatı Azərbaycanda elektron viza sisteminə keçilməsini alqışlayan press reliz yayıb
Ümumdünya Turizm Təşkilatı Azərbaycanda elektron viza sisteminə keçilməsini alqışlayan press reliz yayıb. AzVision.az-a verilən məlumata görə, təşkilatın Baş katibi Taleb Rifai bildirib ki, Azərbaycanın bu qərarı ölkədə turizmin inkişafına təkan verəcək və yeni sistemin tətbiqi Azərbaycana beynəlxalq turist axınını artırmaqla, bütövlükdə ölkənin turizm sektorunun daha da inkişafına gətirib çıxaracaq.

Təşkilatın yaydığı press relizdə bildirilir ki, viza sisteminin sadələşdirilməsi turizmin inkişafına və dolayısı ilə iqtisadi inkişafa müsbət təsir edən başlıca amillərdən biridir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən elektron viza sistemi 2013-cü ilin mart ayından etibarən tətbiq olunmağa başlanıb. Yeni sistem sənədləşmənin daha asan aparılmasına, viza xərclərinin azaldılmasına və vaxta qənaət etməyə şərait yaradır.


Teqlər:  





Xəbər lenti