Milli Parkda güclü yanğın başlayıb- Yenilənib

Milli Parkda güclü yanğın başlayıb- Yenilənib
  27 İyun 2013    Oxunub:1309
Saat 14:50 radələrində Şirvan Milli Parkı ərazisində yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ilkin ehtimala əsasən yanğın yaxınlıqdan keçən "Salyan OİL" şirkətinə məxsus neft daşıyan avtomobilin keçməsindən dərhal sonra baş verib və əsən külək nəticəsində geniş əraziyə yayılıb. Yanğın təbii və alaq otlarından ibarət olan 100 hektara yaxın ərazini əhatə edir.

Yanğının söndürülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatı və yerli qurumlarının əməkdaşları təcili olaraq yanğının baş verdiyi əraziyə ezam olunublar.

Hazırda ETSN-nin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstələri tərəfindən davam edən yanğının söndürülməsi və qarşısının alınması üçün təcili tədbirlər həyata keçirilir.

***

Şirvan Milli Parkında baş verən yanğınla əlaqədar magistral yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ərazidə xeyli ağacı alov bürüyüb.

Yanğın nəticəsində Bakı-Ələt-Astara magistralında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Qoruqda məskunlaşan ceyranlara təhlükə yaranıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda yanğınsöndürənləri, habelə helikopter cəlb olunub.

Yanğın 100 hektarlarla ərazini əhatə edib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.


Teqlər:  





Xəbər lenti