“Türküstan” qəzeti MTN-ə müraciət etdi
O, bildirib ki, Çində - məxsusi Azərbaycana idxal edilməsi üçün istehsal olunan müxtəlif geyim məhsullarının - yay kepkalarının və köynəklərinin üzərində Azərbaycanda yaşayan etnik azlıqların adları, həmçinin, toplumda işlədilən bəzi ayırıcı, məhəlli ifadələr əks olunub: “Bu geyimlərdən xüsusən gənclər arasında geniş istifadə olunur. Eyni zamanda, sosial şəbəkələrdə azsaylı xalqların adları ilə açılmış qruplarla təbliğ edilir. İlk baxışdan sadə, primitiv görünən bu vasitələr ölkədə milli ayrıseçkilik, bölücülük və bölgəçilik hisslərini aşılamağa yönəlmiş cəhddir. Ancaq, nədənsə, bu məhsullar sərhəddən keçərkən və ölkə ərazisində yayılarkən, əlaqədar qurumların diqqətini çəkməyib”.
Baş redaktorun sözlərinə görə, MTN-ə müraciətlərində qeyd olunan halların araşdırılması, bu cür məhsulların ölkəyə daxil olmasının qarşısının alınması və satışda olan belə məhsulların yığışdırılması üçün lazımi tədbirlərin görülməsini xahiş ediblər.
Şahanə RƏHİMLİ