Bakı metrosu yay vaxtına keçir
Bu dövrdə «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə qatarlar arasında interval gur saatlarda (8:00-dan 10:00-a qədər və 17:00-dan 19:30-a qədər) 2,5 dəqiqə təşkil edir. «28 May» stansiyasından «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq, yəni 5 dəqiqə olur.
Günün digər vaxtlarında qatarlar «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə 3 dəqiqə intervalla hərəkət edirlər. Müvafiq olaraq, «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində və əksinə hərəkət zamanı interval 6 dəqiqə təşkil edir.
Qeyd edilənlərə onu da əlavə edək ki, «Həzi Aslanov» stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız «Bakmil-N.Nərimanov» yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq olunur.
İstirahət günlərində qatarların hərəkəti, əsasən, 3 dəqiqə təşkil edəcək. Sərnişinlərin marağını və çoxsaylı müraciətini nəzərə alaraq, «Bakmil»dən «N.Nərimanov» stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların cədvəli saytımızda - ana səhifədə sol sütununun aşağı hissəsində yerləşdirilmiş «Qatarların hərəkət cədvəli» banner-bölməsində yaxın günlərdə dərc ediləcək.
Qeyd edək ki, cari ilin sentyabr ayında qatarların payız qrafikinin tətbiqinə başlanılacaq və həmin qrafik gələn ilin iyul ayına qədər etibarlı olacaq.
AzVİsion.az
Teqlər: