Ər-arvad davası ölümlə bitdi

Ər-arvad davası ölümlə bitdi
  27 İyun 2013    Oxunub:1196
Hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb.
Ağcabədi rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, rayonun Qaravəlli kənd sakini 1969-cu il təvəllüdlü İslam Əliyev oğlu ötən gün saat 21:30 radələrində sərxoş vəziyyətdə küsüb atası evinə getmiş arvadı Bahar Əliyevanı elə həmin evdə boğazına bıçaq dirəyərək hədələyib.

Bu zaman Bahar Əliyevanın bacısı Əfruz bıçağı onun əlindən almaq istədikdə əlini yaralayıb, bundan sonra həyətə daxil olan, Bahar Əliyevanın əmisi oğlu 1972-ci il təvəllüdlü Qabil Heydərov İslam Əliyevlə rastlaşıb, Qabili görən İslam onu da vurmaq istədikdə Qabil yerdən ağac parçası götürərək onu başından və ayağından vurub.

İslam Əliyev aldığı xəsarətlərdən elə yoldaca keçinib. Qabil Heydərov isə həbs olunub.

Faktla bağlı araşdırma aparılır.



Teqlər:  





Xəbər lenti