Bu gündən magistraturaya ixtisas seçimi başlayır

Bu gündən magistraturaya ixtisas seçimi başlayır
  27 İyun 2013    Oxunub:1015
Bu gündən Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali məktəblərin magistratura pilləsinə ixtisas seçimi başlayır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarına 2013 – 2014-cü tədris ili üçün qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün ixtisaslaşma seçimi internet vasitəsi ilə 2013-cü il iyunun 27-dən 30-dək aparılacaq. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Qeyd edək ki, bakalavrlar ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinə qəbul olunmaq üçün imtahanı iyunun 23-də veriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti