Bakı-Tiflis-Qarsın ilk relsləri sabah döşənəcək

Bakı-Tiflis-Qarsın ilk relsləri sabah döşənəcək
  26 İyun 2013    Oxunub:1331
Azərbayan, Türkiyə və Gürcüstan nazirləri sabah görüşəcəklər

Bakı-Tiflis-Qars dəmiryolu xətinin 6-cı nazirlər toplantısı sabah Türkiyənin Qars vilayətində baş tutacaq. AzVision.az xəbər verir ki, iclasda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım və Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili iştirak edəcək.

Nazirlər cümə axşamı günü Bakı-Tiflis-Qars dəmiryolu xəttini müzakirə edəcək və hansı işlərin görülcəyindən bəhs edəcəklər. İclasdan sonra isə nazir dəmiryolu xəttinin inşaat sahəsinə baxış keçirəcəklər. Burada dəmiryolu xəttinin ilk rels döşəmə mərasiminə qatılacaqlar.

Sevinc İltfatqızı


Teqlər:  





Xəbər lenti