“Xəstə şəxslərin orduya çağırılmasına göz yumulmur”

“Xəstə şəxslərin orduya çağırılmasına göz yumulmur”
  25 İyun 2013    Oxunub:1448
“Hər bir həkim məsuliyyət daşıyır. Bu gün xəstə şəxslərin orduya çağırılmasına göz yumulmasına dair heç bir fakt yoxdur. Hər bir həkim verdiyi rəyə əsasən sənədə imza atır”.
Bunu jurnalistlərə açıqlamasın da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.

Xidmət rəisi bildirib ki, çağırışdan əvvəl həkim komissiyalarının siyahıları təsdiq olunur. Çağırışçıların sağlamlığı ilə bağlı heç bir şikayəti olmadıqda, mütləq qaydada rentgen-flüoqrafiya olunmaq şərti ilə xidmət üçün ordu sıralarına cəlb olunur.

Əgər şəxs sağlamlığı ilə bağlı hər hansı problemi olduğunu bildirirsə, bu zaman o, mütəxəssisin yanına göndərilir. Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş tibb müəssisələrində onlar təkrar yoxlamadan keçirlər. Onların səhhəti ilə bağlı hər hansı dəqiq olmayan, şübhəli nə isə olarsa, bu zaman onu hərbi həkim komissiyasına göndərilir.

“Hər bir həkim məsuliyyət daşıyır. Bu gün xəstə şəxslərin orduya çağırılmasına göz yumulmasına dair heç bir fakt yoxdur. Hər bir həkim verdiyi rəyə əsasən sənədə imza atır. O sənədlər də saxlanılır. Sonradan baş vermiş hər bir hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır, cinayət işi açılır. İndi deyirsiniz ki, həkimlər verdikləri rəyə imza atanda bunu fikirləşmirlər? Bunların hamısı arada olan söhbətlərdir.”

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti