Mikayıl Cabbarov tapşırıqlarını verdi
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, həmin rayonların təhsil şöbələri müdirlərinin, eyni zamanda nazirliyin digər tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşlar, əsasən işə götürülmə, dərs saatlarının artırılması, məktəblərin təmiri, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, buraxılış imtahanları, dərsliklərin məzmunu, ali məktəblərdəki problemlər, təhsil haqqı, köçürmələr, yeni təhsil müəssisələrinin yaradılması və digər məsələlərlə əlaqədar müraciət ediblər.
86 vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
AzVision.az
Teqlər: