Prezident Hospitalın açılışında
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoydu.
Sonra Prezident İlham Əliyev hospitalın baş planını əks etdirən stendə baxdı.
Dövlətimizin başçısı müalicə korpusunun rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.
Səhiyyə ocağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti hospitalın kollektivi ilə görüşdü.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra dövlətimizin başçısı səyyar cərrahiyyə hospitalı ilə tanış oldu. Bildirildi ki, səyyar cərrahiyyə hospitalı 60 çarpayılıqdır.