İran vətəndaşı Azərbaycan çayda boğulub

İran vətəndaşı Azərbaycan çayda boğulub
  25 İyun 2013    Oxunub:1022
Salyanda bir nəfər çayda boğulub.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı, 1989- cu il təvəllüdlü Yaşar Enhari Salyan rayonu Seyidsadıqlı kəndinə qonaq gəlib.

Qonaq Akkuşa çayının həmin kəndin ərazisindən keçən hissəsində çimərkən boğulub.

Hadisə yerinə və meyitə baxış keçirilən zaman Yaşar Enharinin bədən səthində zorakı zədə izləri aşkar edilməyib və meyit daxili müayinə olunması üçün məhkəmə-tibbi ekspertinə təhvil verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti