Baş prokurordan kadr dəyişiklikləri

Baş prokurordan kadr dəyişiklikləri
  25 İyun 2013    Oxunub:1299
Azərbaycan Prokurorluğu orqanlarında kadr dəyişiklikləri edilib.
Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, baş prokuror cənab Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Maarif Hüseynov, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Qoşqar Əhmədov, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Ceyhun Almasov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Cəbrayıl, Qubadlı və Laçın rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Baş prokurorun digər əmrləri ilə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi Fuad Məmmədov tutduğu vəzifədən azad edilərək Tərtər hərbi prokuroru, Tərtər hərbi prokuroru Mehdi Hüseynzadə isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

AzVision.az



Teqlər:  





Xəbər lenti