Suraxanıda qəza, ölən var

Suraxanıda qəza, ölən var
  25 İyun 2013    Oxunub:1415
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda sahibi məlum olmayan "Shacman" markalı yük avtomobili ilə "Hyundai" markalı minik avtomobili toqquşub. Nəticədə, minik avtomobilinin sürücüsü 1991-ci il təvəllüdlü Etibar Kamil oğlu İsgəndərov xəsarət alaraq hadisə yerində ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:30-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti