Hərbi paradın son əsas məşqi keçirilib

Hərbi paradın son əsas məşqi keçirilib
  24 İyun 2013    Oxunub:1150
Bu gün Bakıda 26 İyun - Silahlı Qüvvələr Günü keçiriləcək hərbi parada hazırlıq məqsədilə son əsas məşq keçirilib.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyinə həsr olunan hərbi paradın son əsas məşqində Silahlı Qüvvələrin qanunvericiliklə nəzərdə tutulmuş digər qoşun birləşmələrinin 5 mindən artıq şəxsi heyəti, 400-dən çox hərbi texnika və silah sistemi, 100-dən çox döyüş təyyarəsi və vertolyotu, 40-dan çox hərbi gəmi iştirak edib.

Meydandan Silahlı Qüvvələrin bütün növ hərbi birləşmələrinin şəxsi heyəti, sonra hərbi texnika, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri keçib.

Hərbi paradın məşqinin gedişini müdafiə naziri Səfər Əbiyev, Azərbaycan Silahlı Qüvvələrinin generalları və yüksək rütbəli hərbçiləri izləyiblər.


Teqlər:





Xəbər lenti