Dəhşətli qəza: 2 ölü, 3 yaralı
Sürücü - Daşkəsən sakini 49 yaşlı Rafiq Məmmədov idarə etdiyi "Hyunday Terrakan" markalı avtomobillə Göygöl rayonundan Yevlaxa gedərkən idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
Qəza nəticəsində sürücü və və onunla eyni ünvanda yaşayan Alidə Ağayeva, oğlanları Elmir, Ayxan və qızı Banuçiçək xəsarət alaraq Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Avtomobildə olan digər sərnişinlər - Daşkəsən sakinləri Etibar Sədirov və həyat yoldaşı Nazəki Sədirova aldığı xəsarətlərdən elə hadisə yerindəcə həlak olublar.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
AzVision.az