DSMF-dən yeni elektron xidmət
Xidmətdən istifadə qaydaları olduqca sadədir. Müraciət edən hüquqi və fiziki şəxs yalnız öz VÖEN-ni, torpaq pay mülkiyyətçisi isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriya və nömrəsini daxil etməklə sığortaedənin uçot nömrəsini (SUN) dərhal öyrənə bilər. SUN sığortaedənin elektron xidmətlərdən istifadəsi üçün tələb olunan əsas göstəricilərdən biridir. Bu nömrəni sığortaedən əldə etməklə hesabatlarını elektron qaydada göndərmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək və digər elektron xidmətlərdən istifadə etmək imkanını qazanır. Bu xidmətin istifadəyə verilməsi sahibkarlıq subyektlərinin fəaliyyətinin asanlaşdırılmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunu son dərəcə azaldılmasına gətirib çıxaracaqdır.
Ötən ayların statistikasına əsasən, DSMF tərəfindən göstərilən e-xidmətlər əhalinin ən çox müraciət etdiyi e-xidmətlərdir. Belə ki, Fondun göstərdiyi "Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi", "Pensiya kapitalı barədə məlumat", "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi" və digər e-xidmətlər "Elektron hökumət" portalı vasitəsilə ən cox istifadə olunan elektron xidmətlər sırasında yer alıb.
AzVision.az