Bu gün qəzetlər nədən yazıb?

Bu gün qəzetlər nədən yazıb?
  20 Fevral 2013    Oxunub:2131
İlham Pirməmmədov: “Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alı Qocayev mənə heç vaxt pul göndərməyib, mənim xidməti otağımda pul sayılmayıb və tərəfimdən Elşad Abdullayevə pul verilməyib. Göstərilənlər barədə Bakı şəhər prokurorluğunda istintaq olunan cinayət işi üzrə ifadə vermişəm. Deylənlər hamısı yalan və böhtandır”.
Unikal



Baş nazir müavinləri arasında mövqe savaşı

Azərbaycan baş nazirinin hazırki müavinləri payızda keçiriləcək prezident seçkilərindən sonra əvəzlənəcək. Baş nazirin birinci müavini Yaqub Eyyubov baş nazir postuna can atır, amma həmin post uğrunda bir neçə oliqarxlar da mübarizə aparır. “Qaçqınkom” ətrafında korrupsiya şübhələrin dərinləşməsi seçkilərdən sonra “Qaçkınkom”ın sədri Əli Həsənovun yenidən vəzifəyə təyin edilməsi mümkünsüz görünür. Baş nazirin daha bir müavini – Abid Şərifovun da yeni hökümətdə öz mövqelərini qoruyacağı inandırıcı deyil. Bildirilir ki, Abid Şərifov prezident seçkilərindən sonra baş nazir müavini ola bilməyəcək. Görünür buna görə Abid Şərifovda incilik yaranılb və ona görə ictimaiyyət arasında görünmür.


Avropa Parlamentinin deputatları Xocalıda aeroportun açılmasından narahatdırlar

Xocalıda aeroportun açılması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ciddi ziyan vuracaq. Bu barədə Avropa Parlamentinin Latviyadan olan deputatı xanım İnese Vaydere bildirib. "Ermənilərin Xocalıda aeroportun açılması ilə bağlı təşəbbüsünə Dağlıq Qarabağın statusunun dəyişməsi tələbi kimi baxmaq olar ki, bu da Madrid prinsiplərinə ziddir. Bundan başqa, Dağlıq Qarabağla Ermənistan arasında hava xəttinin açılmasına Azərbaycanın hava məkanının pozulması kimi baxmaq mümkündür ki, bu da cavab reaksiyası doğura bilər", - deputat hesab edir.


Bizim Yol


Elə dövrdəyik ki, telekanalların önəmi azalır

Milli Məclisin deputatı Azay Quliyev Bizim Yolun suallarını cavablandırıb. Müxalifətin xalqla ünsiyyəti məhduddur. Telekanallar demək olar ki, tam müxalifətin üzünə qapadılıb fikrinə münasibət bildirən Azay Quliyev qeyd edib ki, bu gün müasir informasiya texnologiyaları dövrüdür. Sosial şəbəkələr də istədiklərini paylaşırlar. Müxalifətin əsas tribunası olan üç qəzet- Azadlıq, Bizim Yol və Yeni Müsavat istədiyini yazır. Artıq elə bir dövrə qədəm qoymuşuq ki. Telekanalların önəmi də azalır. Belə halda hansı informasiya blokadasından söhbət gedə bilər? A. Quliyev onu da vurğuladı ki, qarşıdan gələn seçkilər də hər bir namizədə efir vasitəsilə öz platformasını təqdim etməyə şərait yaradılacaq.


Azadlıq


Təhsil Nazirliyinin Aparat rəhbəri Elşad Abdullayevin işi ilə bağlı dindirildi

Təhsil Nazirliyinin İcra Aparatının rəhbəri İlham Pirməmmədov Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ittihamlarına cavab verib.
İ.Pirməmmədov qeyd edib ki, E.Abdullayevin mətbuat vasitəsi ilə yaydığı həmin məlumatlar kökündən yalandır: “Son zamanlar ABU-nun sabiq rektoru Elşad Abdullayev bir sıra kütləvi informasiya vasitələrində müxtəlif sərlövhəli yazılar dərc etdirir. Həmin yazılarda guya mənim Elşad Abdullayevi təcili olaraq yanıma çağırmağım, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alı Qocayevin Elşad Abdullayevə mənim vasitəmlə bir çemodan pul göndərməyim və həmin pulun mənim otağımda sayılaraq onun tərəfindən götürülməsi kimi cəfəng məlumatlar qeyd olunub. Bununla bağlı bildirirəm ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı A.Qocayev mənə heç vaxt pul göndərməyib, mənim xidməti otağımda pul sayılmayıb və tərəfimdən Elşad Abdullayevə pul verilməyib. Göstərilənlər barədə Bakı şəhər prokurorluğunda istintaq olunan cinayət işi üzrə ifadə vermişəm. Elşad Abdullayevin mənim barəmdə kütləvi informasiya vasitələrinə ötürdüyü məlumatlar həqiqətə uyğun deyil və göstərilənlərin hamısı yalan və böhtandır”.

Regionda böyük müharibə təhlükəsi

Vəfa Quluzadə: «Etiraf edək ki, Rusiya ilə müharibədəyik və Ermənistan burda yalnız marionetkadır». Rusiya Ictimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, hərbi ekspert Vladimir Yevseyev bildirib ki, müharibə Dağlıq Qarabağdan ətrafa sıçrasa, Rusiya mütləq müharibəyə qoşulmalıdır. Hərbi ekspert belə bir vəziyyətdə Türkiyənin də Azərbaycan tərəfdən müharibəyə qoşulmasını istisna etməyib.
Politoloq Vəfa Quluzadə deyir ki, Yevseyevin açıqlamasında bir çox qaranlıq məqamlar var: “Rusiya Ermənistanla müttəfiqlik müqaviləsi imzalayıb və müharibə başlasa, Rusiya avtomatik Ermənistanın tərəfində çıxış edəcək. Bu mənada, Yevseyev Rusiyanın Ermənistan tərəfdən müharibə etməyəcəyini yalan deyir.

Ziya Məmmədovun işçiləri daha bir nəfəri xəstəxanalıq etdi

Nəqliyyat müfəttişlərinin sürücüləri döyməsi adi hal alıb. Döyülən sürücü Namiq Quliyev iddia edir ki, o taksi fəaliyyəti ilə məşğul olmayıb. Nəqliyyat müfəttişliyinin iki əməkdaşı onu zorla maşından dartıb yerə salıblar. Namiq Quliyevə yoldan keçənlər kömək edərək 1 saylı xəstəxanaya aparıblar. Nəqliyyat Nazirliyində baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.


Yeni Müsavat


Rusiyadakı ləzgi təşkilatı Azərbaycana hücuma keçdi

Ölkəmizə qarşı “Şimal təhlükəsi” barədə müzakirələrin getdiyi bir vaxtda Rusiyadakı federal ləzgi Milli-Mədəni Muxtariyyəti Azərbaycana hücuma keçib. Bu təşkilat öz saytında yerləşdirilmiş bir məqalə ilə Azərbaycanı “Dağıstanın cənubunu ələ keçirməkdə”, Rusiya ərazisində kəşfiyyat fəaliyyəti aparmaqda və Dağıstanın Azərbaycanlı klanları ilə əlbir olmaqda günahlandırıb.

Zerkalo

Армения: выборы без выбора

Итак, президентские выборы с прогнозируемо-запланированными итогами в Армении завершились. Большинство экспертов почти с начала избирательной кампании назвали эти выборы “техническими”, так как, по их мнению, победа С.Саркисяна в них была предопределена. Можно сказать, что армянские избиратели точно так же, как и азербайджанские, проявили безразличие к электоральному процессу. Сопредседатели Минской группы ОБСЕ предложили главам МИД Азербайджана и Армении провести на следующей неделе еще одну встречу в Париже. С.Саркисян в целом устраивает официальный Баку в качестве партнера для мирных переговоров. По крайней мере, с азербайджанской стороны не было предпринято во время предвыборной кампании особо серьезных шагов, осложняющих жизнь С.Саркисяну.




Teqlər:  





Xəbər lenti