Gülər Əhmədovaya “yox” deyildi

Gülər Əhmədovaya “yox” deyildi
  20 Fevral 2013    Oxunub:1747
Sabiq millət vəkilinin şikayəti qəbul olunmayıb.
Gülər Əhmədovanın məhkəmə qərarına dair apellyasiya şikayətinin təmin olunmayıb. Belə ki, Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs-qətimkan tədbiri haqqında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Onun vəkili Eldar Qədimi şikayətin qəbul olunmadığını bildirib.

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan isə apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması istənilib.


Teqlər:





Xəbər lenti