İnklüziv təhsillə bağlı təlimlər başladı

İnklüziv təhsillə bağlı təlimlər başladı
  23 Avqust 2015    Oxunub:2691
Təhsil Nazirliyində "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" pilot layihəsi çərçivəsində təlimlər başlayıb.
Nazirlikdən AzVision.az - a verilən məlumata görə, layihənin icraçıları üçün təşkil olunan təlimləri alman mütəxəssisləri keçirir.

Məlumata görə, layihə Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə 2014-2015-ci illərə dair İllik Fəaliyyət Planına uyğun olaraq reallaşdırılır. Layihə ilə bağlı beynəlxalq məsləhətçi xidmətini BMT-nin Uşaq Fondu UNİCEF təmin edir.

Qeyd edək ki, "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" pilot layihəsi ilk olaraq 2015-2016-cı tədris ilində Bakı şəhərində yerləşən 220 və 138 nömrəli məktəblərdən seçilmiş 4 birinci sinifdə həyata keçiriləcək.

Xatırladaq ki, İnklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesidir. Bu, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin edir.

İnklüziv təhsil istər sağlam, istərsə də əlillərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur.


Teqlər:





Xəbər lenti