Xakerlər Apple-a hücum edib

Xakerlər Apple-a hücum edib
  20 Fevral 2013    Oxunub:1586
Xakerlər proqram təminatçılarının istifadə etdiyi zərərli proqram vasitəsilə Apple şirkətinin daxili şəbəkəsinə sızmağa nail olublar.
Şirkətdən verilən məlumata görə, xakerlər gizli məlumatları ələ keçirə bilməyiblər.
Apple rəsmilərinin dediyinə görə, bu hücumu təşkil edənlər Facebook sosial şəbəkəsinə hücum edən xakerlərdir.
Qeyd edək ki, bir müddət əvvəl Amerikanın kibertəhlükəsizliklə məşğul olan Mandiant şirkəti çinli xakerləri onların resurslarına hücum etməkdə günahlandırıb. Mandiant şirkətinin dediyinə görə, çinli xakerlər terabaytlarla məlumatları oğurlayıblar.


Teqlər:  





Xəbər lenti