Generalın 120 illiyinə poçt markası
![Generalın 120 illiyinə poçt markası Generalın 120 illiyinə poçt markası](https://azvision.az/photos/bf3645c2-2151-4ade-8850-7e0ce5c4222d_292.jpg)
Bu barədə AzVision.az-a nazirliyin mətbuat xidmətindən bildiriblər.
Yeni marka Azərbaycanın görkəmli hərbi xadimlərindən biri olan Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr edilib.
Poçt markasının üzərində C.Naxçıvanskinin şəkli təsvir olunub. Markanın nominal dəyəri 0,5 manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 2-də Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az
Teqlər: