Neftin qiyməti rekord həddə ucuzlaşdı
![Neftin qiyməti rekord həddə ucuzlaşdı Neftin qiyməti rekord həddə ucuzlaşdı](https://azvision.az/photos/neft-31.jpg)
Bazarda xammalın həddindən artıq çoxalması qorxusu qarşısında avqustun 3-nə axşam saatlarına keçirilən hərraclarda Brent markalı neftin qiyməti yanvarın 15-dən ilk dəfə 50 dollardan aşağı düşüb.
Oxu.Az xəbər verir ki, Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 4,34% ucuzlaşaraq 1 barelə görə 49,94 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 3,21% dollar azalaraq 45,58 dollar təşkil edib.
Teqlər: