“Qarabağ” növbəti mərhələdə

“Qarabağ” növbəti mərhələdə
  23 İyul 2015    Oxunub:2327
Ötən gecə Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqro təmsilçisi “Rudar”la cavab oyununa çıxıb.
AzVision.az xəbər verir ki, ötən həftə Bakıda keçirilən ilk görüşdə qolsuz heç-heçəyə imza atan Ağdam klubu bu dəfə səfərdə rəqibini məğlub edib. Oyunun 57-ci dəqiqəsində Reynaldo hesabı açdı. Matçın gedişində hər iki komandanın bir neçə dəfə cəhdi olsa da oyunda başqa qol olmadı.

Beləliklə, səfərdə qalib gələn “Qarabağ” növbəti mərhələyə yüksəliblər.

III mərhələdə klubumuzun rəqibi Şotlandiyanın “Seltik” klubu olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti