`Qarabağ` `Rudar`-ı sınağa çəkəcək

`Qarabağ` `Rudar`-ı sınağa çəkəcək
  22 İyul 2015    Oxunub:2396
Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.

Qurban Qurbanovun komandası Moneteqroda “Rudar”ın qonağı olacaq.

Ağdam təmsilçisi cütün favoriti sayılsa da, Bakıda keçirilən ilk oyunda qeydə alınan heç-heçə cavab matçına marağı artırıb.

Komandamız növbəti mərhələyə keçmək üçün ya qalib gəlməli, ya da qollu heç-heçə etməlidir.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

AzVision.az








Teqlər:  





Xəbər lenti