"Qarabağ" Montenoqroya gedir

"Qarabağ" Montenoqroya gedir
  20 İyul 2015    Oxunub:3343
"Qarabağ" bu gün Monteneqroya yollanır. AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"la cavab oyununa çıxacaq Ağdam təmsilçisi Bakı – Podqoritsa reysiylə hərəkət edəcək.

"Qarabağ"ın Bakı vaxtıyla 23:00-da Monteneqroda olması ehtimal olunur.
Sabah komanda oyun öncəsi sonuncu məşqinə çıxacaq. Bundan 15 dəqiqə öncə isə baş məşqçi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, "Rudar" - "Qarabağ" oyunu 22 İyul saat 23:45-də (Azərbaycan vaxtı) keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti