"Liverpul" Bentekeni 47 milyona alır

"Liverpul" Bentekeni 47 milyona alır
  20 İyul 2015    Oxunub:3160
İngiltərənin “Liverpul” klubu “Aston Villa”nın hücumçusu Kristian Bentekeni heyətinə qatmağa hazırlaşır.
Klublar arasında danışıqlar demək olar ki, yekunlaşıb. “Liverpul”un bu transfer üçün 47 milyon avroluq təklifini “Aston Villa” rəhbərliyi qəbul edib. 25 yaşlı forvardın bu gün yeni komandasında tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir.

Qeyd edək ki, Belçika yığmasının üzvü 2012-2015-ci illər ərzində “Aston Villa”nın heyətində 100 oyun meydana çıxaraq, 49 qola imza atıb.


Teqlər:





Xəbər lenti