Putin boşandığını təsdiqlədi – VİDEO

Putin boşandığını təsdiqlədi – VİDEO
  07 İyun 2013    Oxunub:1700
Vladimir Putin öz həyat yoldaşı Lüdmila Putina ilə boşandığını təsdiqləyib. AzVision.az-ın xəbərinə görə, onlar “Rossiya-24” kanalına verdikləri açıqlamada bunu qarşılıqlı razılıq əsasında həyata keçirdiklərini bildirblər. “Bu sivil boşanmadır”,- deyə Putin vurğulayıb.

Artıq keçmiş cütlük bu açıqlamanı Kreml Sarayında “Esmeralda” baletinə baxandan sonra veriblər. Putin daha uşaqlarının böyüdüklərini, hərəsinin öz həyatını yaşadığını, onların nigahlarının isa başa çatdığını, indi praktik olaraq görüşmədiklərini deyib.

Lüdmila Putina onun dediklərini təsdiqləyib və bildirib ki, onlar boşanma qərarını həqiqətən birlikdə veriblər.

Boşanmanın səbəblərindən biri kimi onlar Vladimir Putinin həddindən artıq məşğul olduğunu göstəriblər. Və hər ikisi deyib ki, boşanma onların münasibətlərinə heç bir təsir göstərməyib.
- Biz həmişə yaxın adamlar olaraq qalacağıq. Mən, göstərdiyi dəstəyə görə Vladimir Vladimiroviçə minnətdaram,- deyə Rusiyanın artıq keçmiş birinci xanımı bildirib.

AzVision.az




Teqlər:  





Xəbər lenti