Bakı Qran-Prisinin vaxtı dəqiqləşdi

Bakı Qran-Prisinin vaxtı dəqiqləşdi
  11 İyul 2015    Oxunub:3812
Mexikoda Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti iclasında Formula1 üzrə 2016-cı il dünya çempionatının təqviminin ilkin versiyası təsdiq olunub. Gələn il çempionat aprelin 3-də Melburnda start alacaq və 21 mərhələdən ibarət olacaq.

Xatırladaq ki, 3 ay əvvəl Britaniya mətbuatında dərc olunmuş versiya ilə eyni olan rəsmi ilkin versiya arasında heç bir fərq yoxdur və ölkəmizdə keçiriləcək ilk Avropa Qran Prisi gələn il iyulun 17-nə planlaşdırılıb.

"Formula1 Azərbaycanda" saytı (www.F-1.az) nəzərə çatdırır ki, Formula1 təqviminin son versiyası bu ilin sonunda təsdiq olunacaq və cari versiyaya düzəlişlərin edilməsi istisna olunmur.

Bakıda keçiriləcək Avropa Qran Prisinin promouteri olan Baku Grand Prix MMC-nin başçısı Arif Rəhimovun bildirdiyinə görə, məhz təqvimin son versiyası təsdiq olunandan sonra yarışa biletlərin satışına başlanacaq...

Formula1 üzrə 67-ci Dünya Çempionatının (2016-cı il) təqviminin ilkin versiyası:

03 aprel - Avstraliya Qran Prisi (Melburn, Albert Park trası)
10 aprel - Çin Qran Prisi (Şanxay, Şanxay trası)
24 aprel - Bəhreyn Qran Prisi (Saxir, Saxir trası)
01 may - Rusiya Qran Prisi (Soçi, Soçi trası)
15 may - İspaniya Qran Prisi (Barselona, Katalunya trası)
29 may - Monako Qran Prisi (Monte Karlo, şəhər küçələri)
12 iyun - Kanada Qran Prisi (Monreal, Jil Vilnöv adına tras)
26 iyun - Böyük Britaniya Qran Prisi (Silverstoun, Silverstoun trası)
03 iyul - Avstriya Qran Prisi (Şpilberq, Red Bull Rinq trası)
17 iyul - Avropa Qran Prisi (Bakı, şəhər küçələri)
31 iyul - Almaniya Qran Prisi (Hokkenhaym, Hokkenhaym Rinq trası)
07 avqust - Macarıstan Qran Prisi (Budapeşt, Hunqarorinq trası)
28 avqust - Belçika Qran Prisi (Spa, Spa trası)
04 sentyabr - İtaliya Qran Prisi (Monsa, Milli Avtodrom)
18 sentyabr - Sinqapur Qran Prisi (Marina Bey, şəhər küçələri)
25 sentyabr - Malayziya Qran Prisi (Kuala Lumpur, Sepanq trası)
09 oktyabr - Yaponiya Qran Prisi (Suzuka, Suzuka trası)
23 oktyabr - ABŞ Qran Prisi (Ostin, Amerika trası)
30 oktyabr - Meksika Qran Prisi (Mexiko, Rodriges qardaşları adına tras)
13 noyabr - Braziliya Qran Prisi (San Paulu, İnterlaqos trası)
27 noyabr - Əbu Dabi Qran Prisi (Əbu Dabi, Yas Marina trası)


Teqlər:  





Xəbər lenti