`Neftçi`dən Avropa Liqaya vida - VİDEO

`Neftçi`dən Avropa Liqaya vida - VİDEO
  10 İyul 2015    Oxunub:2346
İyulun 9-da Bakının "Neftçi" futbol komandası Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində səfərdə Monteneqronun "Mladost" klubunun qonağı olub.
Podqoritsa şəhərindəki "Qradski" stadionunda keçirilən oyunun ilk hissəsində hesab açılmayıb.

Şotlandiyalı baş hakim Kevin Klansinin idarə etdiyi oyunun ikinci hissəsində "Neftçi"nin futbolçuları təşəbbüsü ələ alıblar. Oyunun 71-ci dəqiəsində Araz Abdullayevin vurduğu qol "Neftçi"ni hesabda önə çıxarıb. Oyunun 91-ci dəqiqəsində monteneqrolu futbolçu İvan Vukoviç hesabı bərabərləşdirib.

Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar arasında Bakıda təşkil olunan oyunda da qalib müəyyənləşməmişdi - 2:2. İki oyunun nəticəsinə görə "Neftçi" Avropa Liqası yarışalarında iştirakını yekunlaşdırıb.




Teqlər:  





Xəbər lenti