Rusiyalı milyonçu niyə Qarabağa gedib?

Rusiyalı milyonçu niyə Qarabağa gedib?
  09 İyul 2015    Oxunub:3388
İlk Rusiya milyonçularından biri, “Alisa” birjasının təsisçisi, German Sterliqov Rusiyanı tərk edib ailəsi ilə Dağlıq Qarabağa köçməsinin səbəbini üzümüzə gələn bazar ertəsi mətbuat konfransında izah edəcəyini bildirib.
“Bu gün dağlardan endim, internetə girib mat qaldım. Yaxın bazar ertəsinə mətbuat konfransı təyin edirəm. Keçirilmə yeri – çiçəklənən bağça Dağlıq Qarabağ, Şuşi şəhəri, Kazançetsos küçəsi, 58, günorta”, - Sterliqov VKontakte səhifəsində yazıb.

Rusiyalı iş adamının köməkçisi Polina Sirota fermerin ötən şənbə günü Qarabağa yollandığını bildirib.

“O, Dağlıq Qarabağa gedib, nə zaman qayıdacağı məlum deyil, lakin mütləq qayıdacaq. Onu çıxıb getməyə ciddi səbəblər məcbur edib”, - biznesmenin köməkçisini Russkaya Slujba Novostey iqtibas edir.
Rusiya KİV-ləri Sterliqovun avtomobilləri və fermer təsərrüfatının satışa qoyulduğunu bildirir.
REN TV-yə müsahibədə German Sterliqov deyib ki, Qarabağda “kənd təsərrüfatını inkişaf etdirmək” niyyətindədir. Onun arvadı Alyona isə, Sterliqovun sözlərinə görə, sevimli işi ilə məşğuldur.
“Mən hələ müəyyənləşməmişəm, arvadım isə artıq paltar tikir. O, tezliklə burada Alyona Sterliqovanın Qarabağ yüksək moda evini açacaq”, - biznesmen deyib.
Rusiya mətbuatı Sterliqovun ölkədən getməsinin səbəblərindən biri kimi BORN – Rus Millətçilərinin Döyüş Təşkilatı – qruplaşmasına qarşı araşdırmada onun adının hallandırıldığını xatırladır.


Teqlər:





Xəbər lenti