Latviya prezidenti Bakıda nazir qızının toyunda oynayıb

Latviya prezidenti Bakıda nazir qızının toyunda oynayıb
  09 İyul 2015    Oxunub:4937
Latviyanın yeni prezidenti Raymond Veyonis bu gün səlahiyyətlərinin icrasına başlayıb.
Virtualaz.org saytı xəbər verir ki, Raymond Veyonis 1966-cı ildə Rusiyanın Pskov vilayətində anadan olub, atası milliyyətcə latış, anası rusdur. Onun yarırus olması və Pskovda anadan olması Rusiya mətbuatında “atəşfəşanlıqla” qarşılanıb.

Rusiyanın Baltik respublikalarının SSRİ-dən ayrılmasının qanuniliyini şübhə altına aldığı və müntəzəm olaraq onları hərbi təlimlərlə qorxutduğu bir vaxtda Latviyada rus əsilli prezidentin hakimiyyətə gəlişi Moskvada məmnunluqla qarşılanıb.

Üstəlik məlum olub ki, Veynois Latviyada universitetdə oxuyanda bu Baltik ölkəsinin Rus İttifaqının lideri Miroslav Mitrofanovla tələbə yoldaşı və dost olub.

Veynois Latviyanın Yaşıllar Partiyasının üzvü olub və bu partiya tərəfindən prezidentliyə namizəd göstərilib. O, uzun müddət Latviya hökumətində ətraf mühit və regional inkişaf naziri postunu tutub. Son vaxtlar isə müdafiə naziri idi.

Latviya mətbuatı yazır ki, Raymond Veyonis Azərbaycanın ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırovla da dostdur. Latviyanın baş naziri İndulis Emsis deyib ki, o, Veynoislə 90-cı illərin əvvəllərində tanış olub.

Baş nazir deyir ki, Veyonis insanlarla çox yaxşı təmas qurur, o cümlədən xarici ölkələrin yüksək vəzifəli şəxsləri ilə.

“Məsələn, bir dəfə bizi Bakıya toya çağırmışdılar, Azərbaycanın ətraf mühit naziri, səhv etmirəmsə, qızını ərə verirdi. Və görmək lazım idi ki, Raymond orada Qafqaz rəqslərinə necə oynayırdı. Olduqca şən mənzərə idi”- baş nazir deyib.


Teqlər:  





Xəbər lenti