Ermənilər Bakıdan razı qayıdıblar - Baş katib
“BBC Azərbaycanca”nın məlumatına görə, o deyib ki, Ermənistan turnirdə 3 medal qazanmağı qarşıya məqsəd qoymuşdu: “Amma şərait və idmançıların yaşadığı gərginlik nəzərə alınsa, bir medal da pis deyil. Bizim məqsədimiz Bakıda bayrağımızı ucaltmaq idi, lakin daxilən himnimizin səsləndirilməsini də arzulayırdıq, lakin alınmadı...”.
Qeyd edək ki, Avropa Oyunlarında Ermənistanın 66 kiloqram çəki dərəcəsində yunan-roma güləşi üzrə idmançısı gümüş medal qazanıb.